Bizə qoşul

Qeydiyyatdan keçməklə bizə fermer və ya tur agent olaraq qoşula bilərsiniz.

Əziz fermerlər, əgər siz də öz təsərrüfatınızda turistləri qəbul edərək əlavə gəlir imkanı əldə etmək, yerli və xarici turistləri təsərrüfat fəaliyyətləriniz barədə məlumatlandırmaq, təlimlərdə iştirak etməklə aqroturizm sahəsində biliklərinizi daha da təkmilləşdirmək istəyirsinizsə, “Şəhərdən Kəndə” layihəsinə qoşulmağa tələsin.

Fermer

Əgər siz yerli və xarici turistlərin ölkəmizin səfalı guşələrində yerləşən təsərrüfat sahələrinə səfər etməsini, kənd təsərrüfatı ilə bağlı fəaliyyətlərdə iştirak edərək bu sahə haqqında daha çox məlumata sahib olmasını, yurdumuzun insanlarının qonaqpərvərliyinin və kəndlərimizin yerli adət-ənənələrinin turistlər tərəfindən kəşf edilməsini istəyirsinizsə, “Şəhərdən Kəndə” layihəsinə qoşulun.

Tur Agent